Azərbaycan İdmanının səsİ!

İdmanın səhnə arxasını, əsl hekayələri və ruhu kəşf etmək üçün bizi izləməyə dəyər! 

Qonaq təklifi ver!

Sənin təklifinlə SporTalk-da növbəti ilhamverici səsi bizə tanıt – fikir sənlik, dəvət bizlik!

Səndə qonaq ol!

Əgər sən də idmanda iz buraxmısansa, indi o izi danışmağın və bölüşməyin zamanıdır – SporTalk səni səhnəyə çağırır! 

Sponsor ol!

Əgər idmanın və ilhamın gücünə inanırsansa, SporTalk-a dəstəyinlə bu səsi daha da uzaqlara çatdır!

Haqqımızda

SporTalk nə üçün var və hara gedir?

SporTalk idmanın yalnız yarışlardan ibarət olmadığını göstərmək üçün var. Biz bu sahədəki görünməyən səyləri, insan hekayələrini və emosional anları dinləyicilərlə paylaşırıq. Hədəfimiz gənclərə ilham vermək, idmanın mənəvi gücünü cəmiyyətə çatdırmaq və idmanla bağlı düşüncə tərzini dəyişməkdir. Yolumuz idmanı danışdırmaq, dinlətmək və hiss etdirməkdir.

Yeni epizodlar

Ən son yayımlanan bölümlərlə tanış ol və SporTalk-un ritmini qaçırma!

Aynur Nəbiyeva

Aynur, idman zallarını gəzərək insanlara balanslı həyatın nə qədər vacib olduğunu göstərir. O, təkcə öz həyat tərzi ilə deyil, həm də paylaşdığı real və motivasiyaedici kontentlərlə izləyicilərinə “hərəkətə keç” deyir!

Rafael Ağayev

Bu sadəcə bir müsahibə deyil. Azərbaycan idmanının canlı əfsanəsi Rafael Ağayevin ilk dəfə bu qədər səmimi, bu qədər insanı donduran etirafları ilə dolu bir söhbətdir.

Gündüz Abdullayev

Baş hakim Gündüz Abdullayevlə hakimlərin məsuliyyəti, emosiyalarını necə idarə etməli olduqları, idmançılarla münasibətləri və hakimliyin görünməyən tərəfləri haqqında danışdıq.

Məqsədimiz

SporTalk olaraq əsas məqsədimiz, idmanın yalnız yarış və nəticədən ibarət olmadığını, onun arxasında duran insan hekayələri, zəhmət, inam, emosiyalar və şəxsi inkişaf yolçuluğunun da dəyərli və paylaşılmağa layiq olduğunu cəmiyyətə göstərməkdir.

Biz idmanı bir həyat tərzi, bir ilham mənbəyi və birgə inkişaf sahəsi kimi təqdim edirik. Platformamız vasitəsilə gənclərə, idmançılara və idmansevərlərə həm öyrədici, həm də motivasiyaedici məzmun təqdim edərək, onların şəxsi və peşəkar həyatlarında müsbət dəyişikliklərə səbəb olmağı hədəfləyirik.

Missiyamız

SporTalk platformasının missiyası, idman aləminin səhnə arxasında qalan, adətən diqqətdən kənarda qalan mövzulara, şəxslərə və təcrübələrə işıq tutmaqdır. Biz məşhur idmançılardan tutmuş, məşqçilərə, hakimlərə, idman psixoloqlarına və federasiya nümayəndələrinə qədər hər bir səsi dinləməyə və bu səsləri geniş auditoriyaya çatdırmağa çalışırıq.

Bu yolda:
İdman sahəsindəki real təcrübələri və problemləri cəsarətlə gündəmə gətiririk;

Gənc idmançılara yol göstərəcək rol modellərlə söhbətlər edirik;

İdmanın təkcə fiziki güc deyil, həm də zehni güc və emosional balans tələb edən bir sahə olduğunu vurğulayırıq;

Qadınların və gənclərin idmanda təmsilçiliyini artırmağa xidmət edirik;

Cəmiyyətin idmana baxışını daha dərindən və anlayışla formalaşdırmaq üçün maarifləndirici kontentlər hazırlayırıq.

SporTalk-la yazılan hekayələr

İdmançılarla səmimi söhbətlər, komanda ruhunu əks etdirən xüsusi buraxılışlar və maraqlı idman faktları – hamısı burada bir araya gəlir. Bu videolarla həm ilham alacaqsan, həm də idmanın görünməyən tərəflərini kəşf edəcəksən.

Podcast

İdmançıların, məşqçilərin və idmanla nəfəs alan insanların hekayələrini dinlədiyimiz bu bölümdə, əziyyətin arxasındakı əzmkarlıq və uğur yolunun real tərəfləri gün üzünə çıxır.

İzlə

Xüsusi buraxılışl

İdman zallarının açılışları, yığma komandalarla görüşlər və kollektiv söhbətlərlə komanda ruhunu və idmanda birliyin gücünü ekranlara gətiririk.

İzlə

Rubrikalar

Hər biri cəmi bir neçə dəqiqəlik qısa rubrikalarla fərqli idman növləri haqqında az bilinən, amma çox maraqlı faktları sizinlə bölüşürük.

İzlə

Azərbaycan İdmanın səsi!

İdmanın səhnə arxasını, əsl hekayələri və ruhu kəşf etmək üçün bizi izləməyə dəyər! 

Qonaq rəyləri

SporTalk qonaqlarının buraxılış sonrası hissləri və bizə buraxdıqları iz – hər kəlmədə bir təşəkkür, bir ruh var.

Hər şey üçün çox sağolun sizə və komandanıza uğur arzu edirəm.
Allaha əmanət olun.

Rafael Ağayev

İlk podcast təcrübəm idi. illər sonra tələbəmin mənimlə podcast edəcəyini heç düşünməzdim. Maraqlı, səmimi və şən bir söhbətimiz oldu.

Hakim İbrahimov

Qoğalnan içirəm çay
Gecədir göydə çıxıb ay
Podcasta qatılmaq üçün
Sənə lazımdır day-day

Tural İsmayılov

Gəl, sənin də hekayəni danışaq
SporTalk səni gözləyir!

Sənin də idmandan danışmağa dəyər bir yolun, bir hekayən varsa – bura tam sənin yerindir.
 Formu doldur, SporTalk səhnəsində öz səsini eşitdir!

SporTalk statistika ilə danışır

İzlənmə, dinlənmə və sosial mediada artan aktivliyimizlə sizə daha yaxın, daha təsirli olmağa davam edirik.

Youtube abunə

348

Youtube izlənmə

+4K

Instagram izlənmə

+34,8K

Tik Tok izlənmə

+91,3K

SporTalk-ın maderatoru və təsisçisi Jalə Əsədli kimdir?

Mən, Jalə Əsədli, 20 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. İdman və kommunikasiya sahələrində karyeramı formalaşdıraraq bu istiqamətdə davamlı inkişaf etmişəm.

2017–2021-ci illərdə Azərbaycan İdman Akademiyasında məşqçilik ixtisası üzrə təhsil almış, fərqlənmə diplomu ilə məzun olmuşam. 2009-cu ildən taekvondo ilə məşğulam, 2015-ci ildə Klublararası Avropa çempionatının bürünc medalına sahib olmuşam. II dan qara kəmər sahibiyəm. 2017-ci ildən milli, 2022-ci ildən isə beynəlxalq dərəcəli taekvondo hakimi kimi fəaliyyət göstərirəm.

2021-ci ildən Azərbaycan İdman Akademiyasında sosial media meneceri olaraq çalışıram. İdman və kommunikasiya sevgisini birləşdirərək 11 dekabr 2024-cü ildə “SporTalk” podcast kanalının təsisçisi olmuşam. Bu platformada idmançılar, məşqçilər, hakimlər və idman ictimaiyyətinin tanınmış simaları ilə səmimi və dəyərli söhbətlərə imza atıram.

Peşəkar inkişaf məqsədilə 2025-ci ildən Code Academy-də digital marketing təhsili alıram.